Vergilər Məcəlləsinə son dəyişiklikdən sonra, yanvarın 1-dən Azərbaycan ərazisində fəaliyyət göstərən elektron xidmətlərdən 18% ƏDV-nin tutulmasına başlanılıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu qanun “Uber” taksi xidmətinə də aid edilib.
Artıq həmin taksi xidməti müştərilərdən 18% ƏDV-ni tutmağa başlayıb.
Beləliklə, artıq müştərilərə ödənişlə bərabər tutulacaq ƏDV-nin məbləği də SMS vasitəsi ilə göndərilir.

U.A.
www.oxu.az