Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xərçəng xəstəliyinin ilkin mərhələdə aşkarlanması üsulu tapıldı
Alimlər su molekulları vasitəsi ilə xərçəng xəstəliyinin ilkin mərhələdə aşkarlanması üsulunu tapıblar.
Oxu.Az Eurekalert saytına istinadən xəbər verir ki, mütəxəssislər Tn antigenlərinin iki növünü araşdırıblar.
Həmin antigenlər xərçəng xəstəliyinin inkişafı hallarının 90 faizində əmələ gəlir və zədələnmiş toxumaların aşkarlanması üçün perspektiv biomarkerlər sayılır.
Bildirilir ki, su ilə təmasda Tn antigenlərinin hər iki növü səciyyəvi reaksiyaya girirdilər. Alimlərin fikrincə, bu üsul xərçəng xəstəliyinin inkişaf mərhələsini müəyyən etməyə kömək edir.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar