Kinoteatr “Zoluşka” filmini nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” mart ayının 5-də “Grandezza” Ticarət Evinin və “Nina Ricci”nin baş sponsorluğu, İtaldizain Group şirkətinin təqdim etdiyi “Messika” zərgərlik brendinin sponsorluğu, Masu Japanese Grill restoranının və Nargis jurnalının dəstəyi ilə yetmiş illik yaşı olan “nağılın” möhtəşəm Qala gecəsini təşkil edib. Gecədə qonaqlar ilk dəfə olaraq “Zoluşka” filmini izləyiblər.
Tədbirdə ölkənin bir çox məhşur simaları, mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri, ictimai xadimlər, jurnalist və bloggerlər iştirak edib. Tədbirdə qonaqlar üçün furşet təşkil olunmuşdur. Tədbiri məşhur müğənni Vlada Axundovanın öz ifası ilə müşayət edib.
“Zoluşka” filmi Ella adlı cavan qızın macəraları haqqında danışacaq. Arvadından ayrılan Ellanın atası ikinci dəfə evlənir. Atasına dəstək olmaq üçün Ella öz evində yeni ailəni qəbul edir – ögey anası Ledi Tremeyn və onun qızları Anastasiya və Drizellanı. Tezliklə Ellanın atasıda facivəi surətdə vəfat edir, qız isə acgöz və paxıl yeni qohumları ilə təkbətək qalır. Ella evin yiyəsindən xadiməçiyə çevrilir, kül ilə çirklənmiş olduğundan isə onun ləqəbi Zoluşka olur.
“Zoluşka” filmi özündə fantastika, melodrama, drama v macəra janrlarını birləşdirib. Filmin rejissoru Kannet Brana, rolları isə Lili Ceyms, Riçard Medden, Xelena Bonem Karter və Keyt Blanşett kimi məşhur Hollivud aktyorları oynayıb.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.
Aytən Sadıqzadə