Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Adil Kərimli: “Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq”
“Türkiyənin paytaxtı Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq”.
Bu barədə “Report”un Ankara bürosuna Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli deyib.
“Ankarada Azərbaycan Mədəniyyət Mərkəzinin iş prinsipləri və gələcək fəaliyyəti ilə bağlı ciddi müzakirələr apardıq”, - o bildirib.
Nazir deyib ki, səfəri çərçivəsində mərkəzin fəaliyyəti ilə bağlı Türkiyədəki müvafiq qurumların rəsmiləri ilə, o cümlədən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla geniş müzakirələr aparılıb:
“Düşünürük ki, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə böyük ehtiyac var. Prezident İlham Əliyevin bu barədə oktyabr ayında verdiyi sərəncama əsasən artıq bu istiqamətdə fəaliyyətlərə başlanılıb. Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirmək üçün Mədəniyyət Mərkəzinin əvəzsiz xidmətlərinin olacağına inanırıq”.
Nazir onu da qeyd edib ki, Mədəniyyət Mərkəzinin yaxın gələcəkdə fəaliyyətə başlayacağı gözlənilir.
"Adil Kərimli" teqi üzrə xəbərlər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI
- Mədəniyyət naziri Adil Kərimli türkiyəli həmkarı ilə görüşüb
- Mədəniyyət işçilərinə şad xəbər - Mənzillə təminat müzakirə mövzusudur
- Adil Kərimli mədəniyyət işçilərinin hərbi xidmətə cəlb edilməsinə münasibət bildirdi
Rəylər