Nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasimində bu il Azərbaycandan namizəd olacaq simalar açıqlanıb.
Bununla bağlı “Pantene Azərbaycan” “Instagram” hesabında paylaşım edilib.
“Ulduzu parlayanlar” kateqoriyasında namizədlər “Avroviziya” təmsilçilərimizdən olan Samirə Əfəndi, aparıcı Kəmalə Piriyeva və bloger Nəcibə Əhmədi olub.
Xatırladaq ki, mərasim dekabrın 3-də İstanbulda baş tutacaq.