Amerikalı ssenarist, rejissor, prodüser və redaktor Liza Liman (Lisa Leeman) ABŞ Dövlət Departamentinin Amerika filminin nümayişi proqramı çərçivəsində ABŞ-ın Azərbaycandakı səfirliyi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə 7-13 fevral tarixlərində ölkəmizdə səfərdə olacaq.
Bu barədə Oxu.Az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Liza Liman Azərbaycan İncəsənət Akademiyasında “Filmlərin çəkilişi sahəsində karyeranın qurulması” seminarı və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin tələbələri üçün sənədli filmlərin çəkilişi üzrə bir həftəlik təlim keçəcək.
L.Liman azərbaycanlı rejissorlarla görüşüb, fərdi və qrup şəklində məsləhətləşmələr aparacaq.
Rejissor universitetlərdə tələblər üçün film təlimləri ilə yanaşı, ictimaiyyət üçün açıq və ödənişsiz seminarlar keçirəcək.
Aytən Sadıqzadə
www.oxu.az