Sarkozi dəfələrlə seçki xərclərinin təyin edilən məbləğdən artıq olduğunu bilmədiyini deyib.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Fransanın sabiq prezidenti Nikolya Sarkozi 2012-ci ildə seçkiqabağı kampaniyanın maliyyələşdirilməsinə dair işə görə məhkəmə qarşısına çıxacaq. Həmin il o, seçkilərdə sosialist Fransua Ollanda məğlub olmuşdu.
İstintaq, onun rəhbərlik etdiyi “Xalq Hərəkatı İttifaqı” (UMP) partiyasının 2012-ci ildə prezident kampaniyası zamanı təxminən 18 milyon avroya yaxın mümkün xərcləri gizlətmək üçün sənədləri saxtalaşdırıb.
Sabiq prezident dəfələrlə seçki xərclərinin həmin zaman 22,5 milyon avro həcmində təyin edilən məbləğdən artıq olduğunu bilmədiyini deyib.
Sarkozidən başqa hesabatların saxtalaşdırılmasında daha 13 nəfər şübhəli bilinir. Onların arasında UMP-in sabiq funksionerləri də var.
N.O.
www.oxu.az