Argentinanın məşhur aktyoru Federiko Luppi 83 yaşında dünyasını dəyişib.
Oxu.Az xarici KİV-ə istindən xəbər verir ki, aktyorun ölümünə subdural hematomanın (beynin sərt qişası ilə hörümçək toruna bənzər qişası arasında qanın toplanması) ağırlaşması səbəb olub.
F.Luppi karyerası boyunca “Acı yay”, “Sualın başlanğıcı”, “Yeddinci mərhələ” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
A.S.
www.oxu.az