Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Bakıda dünyaşöhrətli bəstəkarın yubileyinə həsr olunmuş silsilə konsertlər keçiriləcək - FOTO
Oktyabrın 10-u, 12-si və 14-də Bakıda dünyaşöhrətli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş silsilə konsertlər keçiriləcək.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbir Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının mədəniyyət məsələləri üzrə direktoru, “Florida Keys” layihəsinin rəhbəri Pərvin Muradovun təşəbbüsü ilə tanınmış amerikalı musiqiçi Stanislav Yudeniçin bədii rəhbəri olduğu “Dünya Konsertləri Turnesi” beynəlxalq layihəsi çərçivəsində ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təqdim ediləcək.
Layihənin Bakıda gerçəkləşdirilməsinin dəstəkçilərindən biri də Diasporla İş üzrə Dövlət Komitəsidir.
Konsertlərdə piano ifaçıları Stanislav Yudeniç (ABŞ), Murad Adıgözəlzadə (Azərbaycan), David Xrikuli (Gürcüstan), Əli Məmmədov (Azərbaycan), İlya Şmukler (İsrail-Rusiya), Çi-Çi (Çin), Yanqrey Tsay (Çin), Anastasiya Vorotnaya (Rusiya), Sergey Belyavski (Rusiya) və İskəndər Məmmədəliyev (Özbəkistan) çıxış edəcəklər. Musiqiçiləri Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Konsertləri orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Əməkdar artisti Fuad İbrahimov və tanınmış dirijor Mustafa Mehmandarov idarə edəcək.
Qeyd edək ki, azərbaycanlı pianoçu Əli Məmmədov 2020-ci ildə “Florida Keys” musiqi müsabiqəsinin qalibi olub.
"Çin" teqi üzrə xəbərlər
- Çində şirkət işdən qovmaq təhdidi ilə subay əməkdaşlarından evlənmələrini tələb edib
- Tramp Çin hökuməti ilə "TikTok"u müzakirə edəcək
- "DeepSeek" istifadəçilərin şəxsi məlumatlarını Çinə ötürüb
- Çində 34 milyon dollar mənimsəmiş məmura ölüm cəzası verildi
- Cənubi Koreya "DeepSeek" süni intellektindən istifadəyə müvəqqəti QADAĞA QOYDU