Noyabrın 27-dən Bakıda “İtaliya filmlərinin dadı” Film Festivalı başlayıb.
Oxu.Az-ın Report-a istinadla məlumatına görə, tədbir Dünyada İtaliya Mətbəxi həftəsi çərçivəsində keçirilir.
Festival çərçivəsində İtalyan mətbəxinin incəliklərini özündə ehtiva edən, beynəlxalq mükafatlara layiq görülən İtaliyanın məşhur filmləri qonaqlara bu ayın sonunadək nümayiş etdiriləcək.
Filmlərin nümayişi ödənişsizdir və giriş sərbəstdir.
Qeyd edək ki, Dünyada İtaliya Mətbəxi həftəsi hər il müxtəlif ölkələrdə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dəstəyi ilə ölkə mədəniyyətinin təbliği və təşviqi məqsədilə keçirilir.
A.S.
www.oxu.az