Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bu il internetdə ən çox axtarılan sözlər, filmlər, seriallar, musiqilər... - FOTO/VİDEO
“Google” istifadəçilər arasında ən populyar axtarış sorğularını elan etdiyi ənənəvi “Axtarışda İl” seçimi ilə 2023-cü ili yekunlaşdırıb. Məlum olub ki, dünyanın ən populyar idman növü futboldur, ən çox axtarılan oyunçu Kriştianu Ronaldu, ən çox axtarılan müğənni Teylor Sviftdir.
Cari ildə bölmələr üzrə “Google” axtarışında ən populyar sorğular:
Xəbərlər
Qəzza zolağında müharibə;
“Titan” sualtı qayığı;
Türkiyədə zəlzələ;
Hilari qasırğası;
İdaliya qasırğası.
Filmlər
“Barbie”;
“Oppenheimer”;
“Jawan”;
“Sound of Freedom” (2023);
“John Wick: Chapter 4”.
Seriallar
“The Last of Us”;
“Wednesday”;
“Ginny & Georgia”;
“One Piece”;
“Kaleidoscope”.
Aktyorlar
Ceremi Renner;
Cenna Orteqa;
İçikava İnnosk IV;
Denni Masterson;
Pedro Paskal.
Mahnılar
“Yoasobi” dueti - “アイドル”;
Ceyson Oldin - “Try That In A Small Town”;
Şakira və Bizarrap - “Bzrp Music Sessions, Vol. 53”;
Sem Smit və Kim Petras - “Unholy”;
“Fifty Fifty” qrupu - “Cupid”.
Siyahıya əlavə olaraq, şirkət 25 illik yubileyini ən populyar axtarış terminləri əsasında “YouTube” videosunun buraxılışı ilə qeyd edib.
“Biz, həmçinin ən çox axtarılan “insanlara necə kömək etmək olar” sorğusunda insanlığı görürük. Ən populyar emoji olan ürək emojisi başqa bir universal mövzunu ortaya qoyur: sevgi və anlayışa olan ümumi ehtiyacımız”, - deyə “Google” nümayəndəsi videoya şərh verib.
Mənbə: Rupor.md
"Qəzza zolağı" teqi üzrə xəbərlər
- İranın dalana dirənməsinin doqquz səbəbi: SEPAH-ın Tehranı təmizə çıxarmaq cəhdi
- Qəzzadakı insan itkiləri barədə məlumatlar həddindən artıq şişirdilib
- İsrail ordusu HƏMAS-ın silah istehsalı bölməsinin komandirini öldürdüyünü bildirib
- Regionda PKK layihəsinin ləğvi - Suriya Bəşər Əsədin ardınca onu yola salacaq
- HƏMAS - "Hizbullah"- Əsəddən sonra zənciri kim tamamlayacaq?
Rəylər