Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan “ƏSA” teatrı ABŞ yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsərini səhnələşdirəcək.
Teatrdan Oxu.Az-a verilən məlumata görə, tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq və sentyabrın sonlarında səhnəyə qoyulacaq. Səhnə əsərində altısı fiziki məhdudiyyətli olmaqla, səkkiz aktyor iştirak edəcək.
Tamaşanın quruluşçu rejissoru, teatrın bədii rəhbəri Nihad Qulamzadədir.
A.S.
www.oxu.az