Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində 2016-cı il oktyabrın 21-də Belçikanın Vaterlo şəhərində Azərbaycan gecəsi keçirilib.
Oxu.Az-ın Report-a istinadla məlumatına görə, tədbir zamanı Vaterlo Tarixi Filmlər Festivalı çərçivəsində məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə çəkilmiş və Azərbaycana həsr olunmuş “Qafqaza qayıdış, Aleksandr Dümanın izi ilə” filmi nümayiş etdirilib.
Film Belçika dövlət qurumları, diplomatik korpus və KİV nümayəndələrinin də təmsil olunduğu çoxsaylı izləyicilər tərəfindən maraqla qarşılanıb.
Sonda gecə iştirakçılarının şərəfinə ziyafət verilib.
A.S.
www.oxu.az