Məşhur rusiyalı yazıçı Vladimir Makanin 81 yaşında dünyasını dəyişib.
Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, o, son vaxtlar ağır xəstəlikdən əziyyət çəkirdi. V.Makanin 3 noyabrda kənd qəbiristanlığında dəfn olunacaq.
Yazıçıya “Səs”, “Qaçan vətəndaş”, “Qafqaz əsiri” kimi əsərləri populyarlıq qazandırıb.
A.S.
www.oxu.az