Xəbər verdiyimiz kimi, iyunun 28-dən 30-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Azərbaycan - doğma diyar” devizi altında milli azlıqların ənənəvi festivalı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, qala-konserti Qəbələ rayonundan gəlmiş “Cəngi” kollektivi açıq elan edib. Sonra “Rutel”, “Suvar” ləzgi kollektivi, Balakən, Şabran, Lənkəran, Astara, İsmayıllı, Quba və digər rayonların ansamblları çıxış ediblər.
Tədbirdə ukraynalı, tatar, kürd, yəhudi icmalarının, Ahıska türklərinin və ölkəmizdə yaşayan digər azsaylı xalqların təmsilçiləri - ümumilikdə 20-dən çox kollektiv iştirak edib.
Festival iyunun 30-da Heydər Əliyev Sarayında qala-konsertlə başa çatıb.
Aytən Sadıqzadə
www.oxu.az