Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olunacaq
Prezident İlham Əliyev görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur.
Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevlə Özbəkistan lideri Şavkat Mirziyoyev arasında telefon danışığı olub
- Şuşada Novruz bayramına özəl möhtəşəm konsert proqramı keçirildi
- Dünyanın məşhur siyasətçiləri Azərbaycanın "yaşıl enerji" siyasətini necə dəyərləndirirlər?
- Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib
- Cinayət və İnzibati Xətalar məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib