"Laçının bu il MDB-nin mədəniyyət paytaxtı seçilməsi işğaldan azad edilmiş ərazilərdə mədəni bərpa dinamikasının bariz göstəricisidir".
Oxu.Az-ın Laçına ezam olunan əməkdaşının məlumatına görə, bunu "MDB-nin mədəniyyət paytaxtı - 2025" ilinin bağlanış mərasimində mədəniyyət nazirinin müavini Fərid Cəfərov açılış nitqində deyib.
Nazir müavini bildirib ki, bu il ərzində Laçında 15-dən çox müxtəlif tədbir uğurla keçirilib: "Bütün bunlar şəhərin və regionun mədəni canlanmasına mühüm töhfə verib. Başqa tərəfdən isə bu proqramlar və tədbirlər Laçını dinamik regional mədəni əməkdaşlıq platformasına çevirdi".
Fərid Cəfərov qeyd edib ki, mədəni paytaxt missiyası Laçının yeni və uzunmüddətli mədəni missiyasının başlanğıcıdır.
Samir Əli