Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazirlikdən alınan parkların hamısı bu quruma verildi - RƏSMİ
Həm Bakı, həm də rayonlar üzrə bütün mədəniyyət və istirahət parkları icra hakimiyyətlərinin balansına verilib.
Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova məlumat verib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarında edilən dəyişikliyə əsasən, nazirliyin tabeliyindən çıxarılan mədəniyyət və istirahət parkları ona məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib:
"Əslində, bu qərar 2017-ci ildə qəbul edilib. Həmin vaxt siyahıdan 59 mədəniyyət və istirahət parkı çıxarılmışdı. Bu dəfə isə siyahı tamamlandı. Artıq bütün parklar ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə keçdi".
Qeyd edək ki, Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
Qərarın 6-cı bəndinə əsasən, mədəniyyət və istirahət parkları nazirliyin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı qurumların siyahısından çıxarılıb.
Sevinc Yasinqızı
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər