Avqustun 20-də maestro Niyazinin anadan olmasının 104-cü ili tamam olur.
Oxu.Az xəbər verir ki, bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabanda maestronun məzarını ziyarət edəcək və sənətkarın mənzil-muzeyində “Açıq qapı” günü keçiriləcək.
Tədbir çərçivəsində qonaqlara maestro haqqında olan sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim olunacaq.
Musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət etmək imkanı əldə edəcəklər.
A.S.
www.oxu.az