Ötən gün Heydər Əliyev Sarayında dünya şöhrətli fransız müğənni Patrisia Kaas konsert proqramı ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, “Baku Events”in təşkilatçılığı ilə keçirilən “Kaas Chante Piaf” (“Kaas Oxuyur Piaf”) adlı konsert ifaçının dünya turuna daxildir. Əfsanəvi Edit Piafın xatirəsinə həsr olunan konsertdə Kaas onun 24 kompozisiyasını ifa edib. Turne mayın 31-də Tbilisidə yekunlaşacaq.
Qeyd edək ki, məşhur müğənninin konsertinə bir çox tanınmış simalar - xalq artisti Amaliya Pənahova, müğənnilər Zamiq Hüseynov, Sevda Yəhyayeva, Günay İbrahimli və başqaları da qatılıb.
Konsertin aparıcısı Murad Dadaşov olub.