Hazırda xalq artisti Ramiz Əzizbəylinin səhhəti qənaətbəxşdir.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, bu barədə onun qızı Cəlalə Əzizbəyli Facebook səhifəsində məlumat yayıb. Xalq artistinin qızı R.Əzizbəylinin dostları və pərəstişkarlarına, ona mənəvi dəstək verən, dualar edən hər kəsə təşəkkür edib:
“Ramiz müəllim hazırda müalicə dövründədir. Səhhəti Allaha min şükür, qənaətbəxşdir, yaxşıdır. İnşallah, bundan da yaxşı olacaq”.
