Təzəpir məscidində şair İlyas Tapdıqla vida mərasimi başa çatıb.
Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, vida mərasimindən sonra şair Badamdar qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunub.
11:59
Dekabrın 25-də vəfat edən tanınmış şair İlyas Tapdıqla vida mərasimi Təzəpir məscidində keçiriləcək.
Oxu.Az Report-a istinadla xəbər verir ki, vida mərasimi saat 12-də başlayacaq.
İ.Tapdıq Badamdar qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.
Qeyd edək ki, İ.Tapdıq dekabrın 25-də evində vəfat edib. Uzun müddət ürəyindən müalicə olunan şair 82 yaşında dünyasını dəyişib.
A.S.
www.oxu.az