Seulda Azərbaycanın Cənubi Koreyadakı səfirliyinin dəstəyi ilə “Azərbaycan həqiqətləri: keçmişdən günümüzə” adlı sərgi keçirilib.
Bu barədə Oxu.Az Report-a istinadən xəbər verir.
Tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Rəmzi Teymurov, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, eləcə də Cənubi Koreya parlamentinin bir sıra deputatları iştirak edib.
Sərgi Cənubi Koreya Milli Assambleyasında keçirilib.
A.S.
www.oxu.az