Rusiyanın tanınmış opera müğənnisi Zurab Sotkilavanın ölüm səbəbi məlum olub. O, onkoloji xəstəlikdən dünyasını dəyişib.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə Z.Sotkilavanın ailəsinə yaxın olan mənbə bildirib. Onun sözlərinə görə, ifaçı bir ay bundan əvvəl N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinə yerləşdirilib. Son üç həftədə reanimasiya şöbəsində müalicə alıb.
Z.Sotkilavanın həyat yoldaşı bildirib ki, sənətkarla vida və dəfn mərasimləri Gürcüstanda baş tutacaq.
12.58
SSRİ xalq artisti, tanınmış müğənni Zurab Sotkilava 80 yaşında dünyasını dəyişib.
Oxu.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
“Əməliyyatdan sonra Z.Sotkilava özünü yaxşı hiss edirdi, ümid edirdik ki, hər şey yaxşı olacaq. Təəssüf ki, belə olmadı. Bu gün səhər saatlarında o, dünyasını dəyişdi”, - deyə ailəyə yaxın olan mənbə bildirib.
Xalq artisti uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.
Aytən Sadıqzadə
www.oxu.az