Tacikistan Bəstəkarlar İttifaqının sədri Şuxrat Aşurov avtomobil qəzasında dünyasını dəyişib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə ölkənin Düşənbə-Yavan avtomobil yolunda baş verib.
Avtomobili Ş.Aşurovun özü idarə edirmiş.
Məlumata görə, 54 yaşlı Ş.Aşurov bu ilin iyun ayından Bəstəkarlar İttifaqına başçılıq edirmiş. O, 1984-cü ildə Tacikistan İncəsənət İnstitutunu bitirib. 1989-2006-cı illərdə Rusiyada müxtəlif musiqi kollekivlərində işləyib. Ş.Aşurov 2006-cı ildə Tacikistana qayıdaraq S.Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında bədii rəhbər vəzifəsində işləyib.
A.S.
www.oxu.az