Malayziyada dağa yürüş zamanı itkin düşən bir qrup alpinist yürüşə başladıqları yerə qayıdıblar.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, daha öncə Malayziyanın Saravak ştatında Bau şəhəri yaxınlığında yerləşən Brik dağına qalxan alpinistlərin itkin düşdüyü barədə məlumat yayılmışdı.
Alpinistlər qrupunun itkin düşməsinə dair məlumat bazar ertəsi səhər yayılıb. Cədvələ uyğun olaraq, onlar zirvəyə yürüşə şənbə günü başlayıblar və bazar günü geri qayıtmalı idilər. İtkin düşənlərin axtarışına bir qrup xilasedici göndərilib. Xilasedicilər qrupuna yerli sakinlərdən könüllülər də qoşulub.
Alpinistlərin axtarışına yollanan xilasedicilər onlar ilə dağın ətəyində rastlaşıblar.
Xilasedicilərin rəhbəri alpinistlərin əlverişli olmayan hava şəraitinə görə, dağdan enişi bazar günündən bazar ertəsinə keçirməyi qərar almaqla düzgün addım atdığını bildirib. Onlardan heç biri ciddi xəsarət almayıb.
13:30
Malayziyanın Saravak ştatında Bau şəhəri yaxınlığında yerləşən Brik dağına qalxarkən ən azı 33 alpinist itkin düşüb.
Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.
Alpinistlər qrupunun itikin düşməsinə dair məlumat bazar ertəsi səhər yayılıb. Cədvələ uyğun olaraq, onlar zirvəyə yürüşə şənbə günü başlayıblar və bazar günü geri qayıtmalı idilər.
Nəşrin məlumatına görə, itkin düşənlərin axtarışına bir qrup xilasedici göndərilib. Xilasedicilər qrupuna yerli sakinlərdən könüllülər də qoşulub.
N.O.
www.oxu.az