Türkiyəli məşhur aktrisa Özgü Namalın illərlə birgə ömür sürdüyü həyat yoldaşı Əhməd Sərdar Oral ürək tutmasından vəfat edib.
Sondakika.com xəbər verir ki, bu, Namalın “Kurtlar Vadisi” serialındakı məşhur obrazını göz önündə canlandırır.
O, Elif Eylül obrazını canlandırdığı serialda da sevgilisi Əli Candarı eyni səbəbdən itirmişdi. Onun həyat yoldaşı Sərdar Oral da serialdakı Əli Candar kimi Kalınca qəbirstanlığında dəfn edilib.
Qeyd edək ki, Namal dörd il əvvəl sənətdən uzaqlaşaraq, ailəsi ilə birgə şəhər həyatından uzaq həyat yaşamaq qərarına gəlib.
Rəylər