Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti Vahid Əliyevin doğum günüdür.
Oxu.Az xəbər verir ki, Vahid Əsgər oğlu Əliyev 7 fevral 1952-ci ildə anadan olub.
Aktyor “Araqarışdıran” (1987), “Ayna” (2000), “Bir anın həqiqəti” (2003), “Cavid ömrü” ( 2007), “Dayanacaq” (2009), “Köpək” (1994), “Tələ” (1990) “Yalan” (2006), “Yapon və yaponiyalı” (1990), “Yaramaz” (1988), “Yaşa, qızıl balıq” (1988), “Yoxlama” (2006) və s. filmlərdə çəkilib.
V.Əliyev may ayının 3-ü 2011-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
Aytən Sadıqzadə
www.oxu.az