Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb.
Bu barədə APA-ya Xalq artistinin oğlu Ayxan Dadaşov məlumat verib.
Ayxan Dadaşov Xalq artistinin sağlıq durumunun yaxşı olduğunu bildirib. R.Dadaşovun müalicəsi ev şəraitində davam etdiriləcək.
Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.