Xalq yazıçısı Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn olunub.
Oxu.Az xəbər verir ki, dəfn mərasimində Xalq yazıçısının ailə üzvləri ilə yanaşı, tanınmış qələm adamları, o cümlədən bir sıra ictimai xadimlər iştirak ediblər.
Elçin Əfəndiyev Abdulla Şaiqin yanında dəfn edilib.




Daha çox foto burada: PhotoStock.az
Elçin Əfəndiyevin dəfn mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, onun nəşi bunun üçün Birinci fəxri xiyabana gətirilib.
E.Əfəndiyev Abdulla Şaiqin məzarının yanında dəfn olunur.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, vida mərasimində Xalq yazıçısının ailə üzvləri ilə yanaşı, bir sıra qələm adamları, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, vida mərasimi Gənc Tamaşaçılar Teatrında baş tutur.
Qeyd edək ki, ictimai xadim, Xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyev dünən günorta saatlarında 82 yaşında vəfat edib.
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif