"Bu taleyin cəzasıdır ki, mən dostlarımı dəfn edirəm və dəfnində çıxış edirəm".
Oxu.Az xəbər verir ki, bunu yazıçı Anar Elçin Əfəndiyevin vida mərasimində çıxış edərkən deyib.
O bildirib ki, ədəbiyyatımız böyük yazıçını itirdi.
"Yaxınları qayğıkeş ailə başçısını itirdilər. Mən ən yaxın dostumu itirdim.
Bu gün taleyin cəzasıdır ki, mən dostumun dəfn mərasimində iştirak edirəm. Danışa bilmirəm, çox çətindir. Elçin mənim üçün vəfalı, etibarlı dost idi".
Aygün Mirakif