Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“HaberGlobal” Ermənistan ordusunun Azərbaycanın cəbhə xəttindəki təxribatından yazıb
“HaberGlobal” Ermənistanın Azərbaycanın cəbhə xəttində törətdiyi təxribatdan yazıb. Məqalədə deyilir:
“Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın cəbhə xətti boyunca genişmiqyaslı hücum həyata keçirdiyini bildirib. Yaşayış yerlərinə edilən hücumlar nəticəsində ölənlər var. Azərbaycan ordusu əks hücuma keçib.
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, saat 06.00 radələrində Ermənistan ordusu cəbhə xətti boyunca genişmiqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə irimiqyaslı silahlardan, toplardan və minaatanlardan atəş açıb.
MÜLKİ VƏTƏNDAŞLARDAN ÖLƏNLƏR VAR
Bəyanatda deyilir ki, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydiyi də bildirilib”.
"Ağdam" teqi üzrə xəbərlər
- Postmüharibə dövrü Ağdam: Minalar əvəzinə üzüm bağları
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
Rəylər