Politoloq Rasim Musabəyov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Twitter-dəki son yazısını şərh edib.
“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Twitter-də növbəti boşboğazlığı...
Uorlik ritorik sual verir: Ermənistanda və Azərbaycanda sülhə və barışığa apara biləcək cəsur Avraam Linkoln varmı?” Bu, öz ölkəsinin tarixini səthi bilmədir? Uorlik Azərbaycan liderindən Linkolnun hansı “cəsurluğuna” bərabər davranışı görmək istəyir?”, - Musabəyov deyib.
Politoloq Uorlikə prezident Linkolnun, federasiyanın ərazi bütövlüyünü saxlamaq üçün ABŞ-dan cənubi ştatların ayrılmaması üçün qanlı müharibə məsuliyyətindən çəkinmədiyini xatırladıb.
“Azərbaycan rəhbərliyi də ölkənin BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə müvafiq olaraq beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa etmək üçün eyni şeyi edir. Azərbaycan bu münaqişənin sülh yolu ilə həll edildiyi təqdirdə əlini uzatmağa, təhlükəsizliyi, Dağlıq Qarabağ ermənilərinin azad milli inkişafını, Ermənistan üçün isə sərfəli olan iqtisadi, nəqliyyat və energetik sahələrdə əməkdaşlığı təmin etməyə hazırdır”, - R.Musabəyov qeyd edib.
Onun sözlərinə görə, Bakının Ermənistana heç bir ərazi iddiası yoxdur, baxmayaraq ki, bu dövlətin Azərbaycanın tarixi torpaqlarında yaradılması faktdır.
“Ermənistan ərazisində Azərbaycan hərbçiləri yoxdur, halbuki erməni ordusunun Azərbaycan torpaqlarında olması artıq çoxdandır ki, dinc yol ilə həll etmədə vasitəçilər tərəfindən gizlədilmir.
Cənab Uorlikin tviti onun sadəcə, təcavüzkarı və təcavüz qurbanını bərabər tutan, münaqişənin dinc yol ilə həll edilməsində inkişafın olmaması üçün hər iki tərəfin çiyninə eyni məsuliyyət qoyan ABŞ-ın və ermənilərin qərb himayədarlarının çoxdankı ədalətsiz xəttini davam etdirdiyini bir daha əyani şəkildə göstərir”, - politoloq deyib.
R.Musabəyov əlavə edib ki, Bakının bu münasibətində, dövlətlərin erməniləri Azərbaycan, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlardan geri çəkilmək üçün yola gətirə biləcəklərini gözləmək çətindir və biz daha çox öz silahlı qüvvələrimiz, iqtisadi və diplomatik təzyiqə etibar etməliyik.