21 
Avq
2018
17:57
167
108
2714
Virtual karabakh

Rio-de-Janeyro şəhərinin meri İlham Əliyevi təbrik etdi

21 Avq, 2018
17:57
2714

Rio-de-Janeyro şəhərinin meri İlham Əliyevi təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyanın Rio-de-Janeyro şəhərinin meri Marselo Krivelladan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Oxu.Az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Sizi və xalqınızı Rio-de-Janeyro şəhərinin sakinləri adından böyük məmnuniyyət hissi ilə təbrik edirəm.

2015-ci ildən etibarən qardaşlaşmış Rio-de-Janeyro və Bakı şəhərlərinin əlaqələrinin göstəricisi olaraq, Rio meriyası bu əlamətdar yubileyin şəhərimizdə qeyd edilməsində Azərbaycan səfirliyinə kömək etmək üçün səylər göstərib.

Şənliklər Rio-de-Janeyrodakı əsas təhsil ocaqlarından biri olan Azərbaycan Bələdiyyə Məktəbində keçirilib və şəhərimizin ən məşhur rəmzlərindən sayılan İsa Məsihin abidəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Əminəm ki, bu tədbirlər xalqlarımızın dostluğunun möhkəmlənməsinə, ölkələrimiz və şəhərlərimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcək”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri