15 
Okt
2018
18:52
217
17
2816
Virtual karabakh

Prezident təbii fəlakətlərlə mübarizəyə dair sərəncam imzaladı

15 Okt, 2018
18:52
2816

Prezident təbii fəlakətlərlə mübarizəyə dair sərəncam imzaladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat, o cümlədən Astaraçay çayının İran İslam Respublikası ilə sərhəd ərazidən keçən hissəsinin sol sahilində sahilbərkitmə işlərinin aparılması və mövcud mühafizə divarlarının bərpası üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, Siyakuçay, Təngərüdçay və Pensərçay çaylarının rayon ərazisindən keçən hissələrinin sağ və sol sahillərində sahilbərkitmə işlərinin aparılması üçün 500,0 (beş yüz) min manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri