Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
BMT-də Azərbaycanın xətti ilə iki qətnamə qəbul olundu
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycanın həmtəşəbbüskarı olduğu iki qətnamə qəbul olunub.
Oxu.Az xəbər verir ki, bu haqda BMT-nin rəsmi sənədində bildirilir.
Bir sıra dövlətlərin, o cümlədən, Azərbaycan, Belarus, Türkmənistan və Özbəkistanın təşəbbüsü ilə irəli sürülən “Sülh naminə beynəlxalq çoxtərəflilik və diplomatiya günü” haqqında qətnamənin lehinə 144 səs, əleyhinə iki (İsrail və ABŞ ) səs toplanıb. Heç bir üzv dövlət bitərəf qalmayıb.
Sənədə görə, BMT Baş Assambleyasının 73-cü sessiyasından başlayaraq, aprelin 24-ü bütün dünyada sülh naminə Beynəlxalq çoxtərəflilik və diplomatiya günü kimi qeyd olunacaq.
Sənəddə qeyd olunur ki, sözügedən beynəlxalq gün BMT dəyərlərinin təbliğatı vasitəsi hesab olunur, və müxtəlif xalqların onun nizamnaməsində təsbit olunmuş priтsipləri və hədəflərinə olan inamını, çoxtərəflilik, beynəlxalq hüquq və diplomatiya yolu ilə sabit və davamlı sülhün bərqərar olması üçün ümumi hədəfə nail olmaq cəhdlərinin əhəmiyyəti və aktuallığını təsdiq edir.
BMT Baş Assambleyasının qətnamələrində bütün üzv dövlətlərə, BMT sisteminə aid təşkilatlara, digər beynəlxalq və regional təşkilatlara, həmçinin vətəndaş cəmiyyətinə, o cümlədən qeyri hökumət təşkilatlarına, ayrı-ayrı şəxslərə, bu beynəlxalq bayramı lazımi şəkildə qeyd etmək və sülh naminə çoxtərəflilik və diplomatiyanın aşılanması üçün maarifləndirmə fəaliyyəti çərçivəsində və müxtəlif tədbirlər vasitəsilə ictimaiyyətin məlumatlılıq səviyyəsini artırmaq tövsiyə olunur.
Həmin gün səsvermədə “Maarifləndirmə və dini tolerantlıq” haqqında qətnamə də qəbul olunub.
Qətnamə layihəsinin hazırlanmasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan kimi ölkələr iştirak edib. Sənəddə Baş Assambleya dünya ictimaiyyətinə səslənərək, bütün üzv dövlətləri din və etiqadla bağlı məsələlərdə istənilən formalı qeyri-tolerantlıq və diskriminasiya hallarının aradan qaldırılması haqqında Bəyannamənin hədəflərinin gerçəkləşdirilməsi və prinsiplərinin tətbiqi ilə bağlı vahid mövqeyi qoruyub-saxlamağa çağırır.
Baş Assambleyada qəbul olunan, Rusiya və Çin kimi daimi üzvlərin təşəbbüskarı olduğu başqa bir qətnamədə (“Sülh naminə dinlər və konfessiyalararası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təbliği haqqında”) Azərbaycanın UNESCO, İSESCO-nun əməkdaşlığı ilə iki ildən bir təşkil etdiyi mədəniyyətlərarası dialoq üzrə Ümumdünya foruma istinadlar yer alır.
Oxu.Az yeniləndi!
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"