21 
Dek
2018
11:19
226
11
3585
Virtual karabakh

Ekspert: Rusiya bazası olmasaydı, Ermənistan mövcud olmazdı

21 Dek, 2018
11:19
3585

Ekspert: Rusiya bazası olmasaydı, Ermənistan mövcud olmazdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva siyasi və hərbi təhlil mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin Ermənistan mətbuatına verdiyi açıqlamada kifayət qədər əks-səda doğurmuş bəyanat səsləndirib. Xramçixin  Ermənistanın bu gün məhz Rusiya qoşunlarının onun ərazisində olması hesabına mövcud olduğunu vurğulayıb.

Oxu.Az xəbər verir ki, ekspert bunları deyib:

“Mən bu barədə çox danışmışam. Məncə, Ermənistan bu gün ona görə mövcuddur ki, ərazisində Rusiya hərbi bazası var. Bu, o qədər açıq-aşkardır ki, bu məsələ ilə bağlı hər hansı sualların ortaya çıxması mənə qəribə gəlir”.

Onun sözlərinə görə, Ermənistan spesifik geosiyasi mövqedə yerləşdiyindən onların güzəştə getdiyi ilə bağlı iddiaları yersizdir, çünki Yerevanın başqa variantı da yox idi.

“Əlbəttə ki, o, Rusiya hərbi bazasından imtina edə bilər. Ancaq belə olan halda hər şey onun üçün çox tez dəyişəcək”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri