29 
Mar
2019
08:53
42
328
5867
Virtual karabakh

Azərbaycan və Ermənistan XİN başçıları Vyanada görüşdü - YENİLƏNİB

29 Mar, 2019
08:53
5867

Azərbaycan və Ermənistan XİN başçıları Vyanada görüşdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

28 mart tarixində Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab  Mnatsakanyan arasında görüş keçirilib.

Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə ediblər.

00:17

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü keçirilir.

Sputnik-Ermənistan-ın məlumatına görə, görüş Azərbaycan və Ermənistan rəhbərlərinin martın29-da Vyanada keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, bu, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş olacaq.

Zöhrab Mnatsakanyan Azərbaycanın XİN başçısı ilə görüşdən əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) ilə görüşüb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri