15 
Apr
2019
14:57
17
110
1599
Virtual karabakh

Aydın Mirzəzadə “erməni soyqırımı” ilə bağlı yeni iddialardan danışdı

15 Apr, 2019
14:57
1599

Aydın Mirzəzadə “erməni soyqırımı” ilə bağlı yeni iddialardan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biz çox istərdik ki, Fransa və İtaliyanın rəhbərləri belə məsələlərə həssas yanaşaydılar. Çünki dünya “erməni soyqırımı”nın saxta olduğunu və bunun ermənilər tərəfindən Türkiyəyə göstərilməsi üçün uydurulduğunu kifayət qədər yaxşı bilir.

Türkiyənin dəfələrlə təklif etməsinə baxmayaraq, Ermənistan Türkiyə arxivlərinin birlikdə araşdırılmasından imtina edib.

Bu baxımdan, Fransa və İtaliya kimi nüfuzlu dövlətlərin belə bir qərar qəbul etməsi təkcə Türkiyəyə qarşı deyil, eyni zamanda, onların sivil dünya ilə münasibətlərində də müəyyən ab-hava yarada bilər.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın dövlət başçısı Emmanuel Makronun və ATƏT-in Minsk qrupunun əsas üzvlərindən olan İtaliyanın ali qanunverici orqanının uydurma və qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarlarına və onların Qarabağ münaqişəsinin həllinə təsiri məsələsinə münasibət bildirərkən deyib.

“Düzdür, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistanın Dağlıq Qarabağda qurduğu oyuncaq və işğalçı rejimi tanımır. Bununla belə, dövlətlər tarixi məsələlərdə ehtiyatlı olmalıdılar, bundan siyasi məqsədlər üçün istifadə edilməsinə, beynəlxalq münasibətlərin gərginləşməsinə, dünya siyasətinin aparıcı qüvvələrindən - dövlətlərindən biri olan Türkiyə ilə münasibətlərin pozulmasına yönəlik addımlardan çəkinməlidirlər”, - deyə qeyd edən millət vəkili bildirib ki, bu tip məsələlərin gələcəkdə Avropanın aparıcı ölkələlərinin daxili və xarici siyasətində kifayət qədər ciddi şəkildə öyrənilməsi yaxşı olar.

“Milli Məclisdə uydurma “erməni soyqırımı”nın ifşası ilə bağlı, eləcə də, Türkiyə Böyük Millət Məclisində Xocalı soyqrımının tanınması ilə əlaqədar qarşılıqlı şəkildə qətnamələrin, qanun layihələrinin qəbulu mümkündürmü” sualına cavabında isə millət vəkili bildirib ki, parlament səlahiyyətləri çərçivəsində bütün addımlar mümkündür.

“Biz dəfələrlə bu və ya digər ölkədə uydurma “erməni soyqırımı” məsələsi xüsusi qabardılanda öz mövqeyimizi bildirmişik, məktublar ünvanlamışıq, xarici ölkələrin Azərbaycandakı səfirlərinə və səfirliklərinə müraciətlər etmişik.

Bu baxımdan, bu məsələnin də parlamentin növbəti iclasında müzakirə edilməsi gözləniləndir. Çünki söhbət BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan ölkədən, ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətlərindən birindən və dünya siyasətinə ciddi təsir edən bir ölkədən gedir.

Bu baxımdan, Azərbaycan bir türkdilli dövlət, Türkiyənin ən yaxın dostu, eyni zamanda, Ermənistanın işğalına məruz qalmış bir ölkə kimi həmişə belə məsələlərə öz mövqeyini bildirir və belə qərarlar qəbul edən ölkələri öz qərarlarına həssaslıqla yanaşmağa çağırır”, - deyə A.Mirzəzadə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri