25 
Apr
2019
12:08
18
269
4421
Virtual karabakh

ABŞ ştatı Qarabağdakı qondarma respublikanı tanıyıb? - Rəsmi Bakının cavabı

ABŞ-ın Kolorado ştatının senatı tərəfindən qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsi və bu qətnamədə ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun tanınması ilə bağlı məlumat yayılıb. 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məsələ barədə açıqlama verib. 

XİN rəsmisi Oxu.Az-a bildirib ki, aprelin 24-də Kolorado ştatının 35 nəfərlik senatı qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edib:

“Bu qətnamədə Ermənistan və qondarma “artsaxın” Türkiyə və Azərbaycan tərəfindən “blokadasına” istinad edilir və guya ki, Naxçıvan Muxtar Respublikasında erməni “xristian irsinin” mədəni soyqırmının törədildiyi iddia edilir.

Bəzi media nümayəndələri qətnamədə işğal altındakı torpaqlarımızda yaradılmış qondarma quruma istinadı həmin qurumun tanınması kimi təqdim etməyə cəhd edib. Vurğulamaq istərdik ki, sözügedən qətnamənin mətni onu ifadə etmir və hər hansı bir qurumun “dövlət” kimi tanınması, ümumiyyətlə ştat qanunverici orqanın səlahiyyətləri xaricindədir”.

“Onu da bildirmək istərdik ki, praktiki və hüquqi əhəmiyyəti olmayan belə simvolik qətnamələr ştatlar üçün də hər hansı bir nəticə doğurmadığı üçün qısa prosedurla qəbulu mümkün olur.

Ölkəmizin ABŞ-dakı Səfirliyi tərəfindən Kolorado Senatının rəhbərliyi və hər bir üzvünə ölkəmizlə bağlı yol verilmiş ciddi təhriflər və yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərilib və müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub”, - deyə Leyla Abdullayeva qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri