Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlham Əliyev: “Ermənistan 10 noyabr bəyanatını, onun şərtlərini kobudcasına pozur” - VİDEO
“Erməni silahlı qüvvələri Azərbaycan ərazilərindən tam çıxarılmalıdır. Müharibə başa çatandan təxminən 15-20 gün sonra Ermənistandan 62 nəfərdən ibarət sabotaj qrupu sülhməramlıların məsuliyyət zonasında olan ərazilərə göndərildi”.
Oxu.Az xəbər verir ki, bunu “Anadolu”ya müsahibəsində Prezident İlham Əliyev deyib.
Prezident xatırladıb ki, Azərbaycan ordusu həmin təxribatçıları zərərsizləşdirib.
İlham Əliyev qeyd edib ki, 10 noyabr bəyanatında dəhlizlərin açılması məsələsi göstərilir.
“Bildirilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Bu bağlantı oldumu? Xeyr. Halbuki bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yolla məsafə cəmi 40 kilometrdir”, - deyə İlham Əliyev əlavə edib.
Dövlət başçısı daha sonra bildirib:
“Biz müharibədən bir il keçdikdən sonra 1000 kilometrdən artıq yol açdıq. Orada da 40 kilometr yolun açılması problem deyil. Ermənistan özü də buna razılıq verib. Aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr bəyanatını, onun şərtlərini kobudcasına pozur”.
Prezident qeyd edib ki, Azərbaycan hələlik səbirli, təmkinli davranır:
“Amma bizim səbrimizin də müddəti var. İkinci Qarabağ müharibəsi göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, 10 noyabr bəyanatının bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətli aparsın”.
"Ermənistan" teqi üzrə xəbərlər
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"