Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ərdoğanın BƏƏ səfəri: Yeni model yaradılır, Azərbaycan qazanır, İran narahatlıq keçirir – TƏHLİL
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 14-15 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərində səfərdə olacaq.
Türkiyə ilə İsrail arasında xoşməramlı hərarətin yüksəlməsi fonunda bu səfər yeni üçbucaq yaradılması üçün əsaslar yaradır.
Türkiyə ilə BƏƏ arasında münasibətləri narahat yoxuşa aparıb çıxaran məqamlar mövcud olub.
Onların bəziləri:
1. Türkiyədə hesab edirdilər ki, 15 iyul dövlət çevrilişinə cəhdin arxasında həm də BƏƏ dayanır,
2. İki ölkənin Misirdəki hakimiyyət dəyişikliyinə görə fikir ayrılığı yaranmışdı,
3. Liviyada siyasi tərəfləri dəstəkləmək mövzusunda da Ankara ilə Əbu-Dabi əks mövqedə dayanıblar,
4. BƏƏ-nin Fələstin münaqişəsini arxa plana ataraq İsraillə hərtərəfli əlaqələr yaratmasını Ankara etirazla qarşılayırdı,
5. BƏƏ Şərqi Aralıq dənizindəki enerji resursları uğrundakı rəqabətdə Türkiyəni təkləyən cəbhədə yer alırdı.
Ancaq Türkiyə ilə İsrail arasında buzların əriməyə başlaması BƏƏ-nin də Ankaraya “yönəltdiyi” oxları geri çəkməsinə gətirib çıxardı və proses bu gün də davam edir.
2021-ci ilin noyabrında Türkiyədə iqtisadi-maliyyə böhranı hökm sürərkən BƏƏ vəliəhdi Məhəmməd Bin Zayed ən-Nəhyan Ankaraya gedərək Ərdoğanla bir araya gəldi. Bu, 2012-ci ilin fevralından bəri ilk təkbətək görüş idi.
İndi isə həmin görüşün məntiqi davamı olaraq Ərdoğan BƏƏ-yə yollanır ki, bu da Türkiyə-BƏƏ-İsrail üçtərəfli yaxınlaşma hərəkətləri kimi dəyərləndirilə bilər.
Yeni modelin toxumunun səpilməsindən narahat olan ölkə İrandır. Tehranda qəzəblərin alovlanmasının indikatoru olan bir neçə hadisə:
- Yanvarın ortalarında, Türkiyə ordusunun İraqın Neynəva vilayətində yerləşən hərbi bazası raket hücumuna məruz qaldı,
- İsrail Prezidenti İsxaq Hersoq yanvarın 31-də BƏƏ-də səfərdə olarkən İranın Yəməndə dəstəklədiyi husi qrupu BƏƏ-yə raket atmışdı,
- Fevralın əvvəlində də Türkiyənin İraqdakı bazasına hücum oldu,
- Bunların İrandan qidalanan qrupların həyata keçirildiyi bildirilir.
Nələr müzakirə ediləcək?
Bu nəticəyə gəlmək olar ki, Ərdoğanın səfərində iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı iki ölkə üçün müştərək strateji maraqlar yaradan platformanın təsisi və bunun İsrail maraqları ilə uzlaşdırılması müzakirə ediləcək.
Türkiyənin İsrail və BƏƏ ilə əlaqələrinin normallaşma prosesi Azərbaycana da fayda gətirən platformaya çevrilir, çünki Bakının İsrail və BƏƏ ilə isti münasibətləri mövcuddur.
Türkiyə ilə BƏƏ keçmişdəki sancılı dövrü unudaraq ikitərəfli münasibətlərdə yeni konyunktura yaradırlar.
Ərdoğanın səfəri zamanı imzalanacaq 12 yeni sənəd həmin konyunkturanın mayakı rolunu oynayacaq.
Prosesin strateji müttəfiqlik səviyyəsinə gəlib çıxmaq ehtimalı indiki period üçün zəif ehtimaldır. Strateji tərəfdaşlıq üçün isə reseptlər hazırdır və bu, qısa zamanda reallaşacaq.
Türkiyə Fələstin məsələsində geri çəkilməyəcək, amma elə siyasət yürüdüləcək ki, bu, İsrail və BƏƏ ilə münasibətlərinə xələl gətirməyəcək.
Üçtərəfli və ikitərəfli yaxınlaşmalar Şərqi Aralıq dənizi məsələsində Türkiyə-İsrail-BƏƏ arasında ortaq maraq yaradacaq. Bununla da Türkiyənin qarşısında mövqelənən cəbhə zəifləyəcək.
Aqşin Kərimov
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)" teqi üzrə xəbərlər
- BƏƏ-nin ölkəmizdəki səfiri: "Azərbaycan hökuməti və xalqlına dərin hüznlə başsağlığı verirəm"
- Nazir: "BƏƏ Azərbaycanın yaşıl enerjiyə keçid prosesində mühüm tərəfdaşıdır"
- Qastronomik səyahət və Şərq cazibəsi: Dubay atmosferinə dalma
- BƏƏ-də öldürülən ravvinin qatilləri Türkiyədə yaxalandılar
- BƏƏ-də ravvinin qətlində əli olan şəxslər həbs edildilər