Bu gün Vətən müharibəsinin başlanmasının ikinci ildönümüdür.
Oxu.Az xatırladır ki, Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatının birinci günündə işğal altındakı altı ərazi azad edilib.
Azərbaycan Ordusu üç istiqamətdə - Füzuli, Cəbrayıl və Kəlbəcər – müharibənin ilk uğurunu qazandı.
Belə ki, Füzulinin Qaraxanbəyli, Qərvənd və Horadiz kəndləri işğaldan təmizləndi.
Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndlərində də işğala son qoyuldu.
Ordumuzun 27 sentyabrdakı uğurlu əməliyyatları nəticəsində Kəlbəcərin Murovdağ zirvəsi də işğaldan azad edildi.
View this post on Instagram"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin 41-ci günü: Düşmən geri çəkilməyə məcbur edilir
- Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto
- Vətən müharibəsinin 40-cı günü: Ermənistan ordusu itki verərək geri çəkilməyə məcbur edilir - Video
- Vətən müharibəsinin 39-cu günü: Yeddi kənd işğaldan azad edilir - Foto
- "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" kitabının təqdimat mərasimi keçirilib - Foto
Digər xəbərlər