Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İstanbulda Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunub - YENİLƏNİB + FOTO/VİDEO
2024-cü ilin 24 fevral tarixində İstanbulda Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: İntibahın oyanışı” (“Decolonization: Awakening of the Renaissance”) adlı beynəlxalq konfrans keçirilib.
Beynəlxalq konfransda 13 ölkə və 4 beynəlxalq təşkilatdan 50-dən artıq nümayəndə iştirak edib. Bunlar arasında Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilər – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa, Wallis və Futuna, Korsika, eləcə də Qəmər Adaları İttifaqı (Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır) xüsusi üstünlük təşkil edir.
Konfransda Fransız Qvianası Assambleyasının (Parlament) vitse-prezidenti Samantha Françoise Cyriaque, Yeni Kaledoniyanın xarici işlər, mədəniyyət, gənclər və idman naziri Mickael Forrest, BMT-nin idarəçilik üzrə eksperti, Fransız Polineziyasının BMT-dəki nümayəndəsi Carlyle Corbin, Martinik Assambleyasının deputatı Luc Francis Carole, Fransız Polineziyası Parlamentində Avropa və xarici işlər Komissiyasının sədri Maurea Maamaatuaiahutapu, Korsika Parlamentinin sabiq prezidenti Jean-Guy Talamoni, Avropa Parlamentinin sabiq üzvü, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jean-Jacob Bicep, Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun tədqiqatçısı (SETA) Tunç Demirtaş və başqaları çıxış ediblər. Tədbir müzakirələr formatında davam etdirilib.
Tədbirin sonunda iştirakçılar Fransa Prezidentinə açıq məktub ünvanladılar. Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çox müddətdə qəbul edilməsinə baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupunda yaşayan xalqların bu gün də fransız kolonializm və neokolonializmdən əziyyət çəkdiyi vurğulanır.
Məktubda sözügedən adalar qrupunda Fransa hökuməti tərəfindən törədilən müxtəlif cinayətlər, habelə bu torpaqların Fransa dövləti tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bilərəkdən mane törədilməsi, yerli əhalilərin pestisidlərlə zəhərləndirilməsi və əhalinin bu zəhərlənmənin fəsadlarından əziyyət çəkməsi, yerli əhalinin məcburən emmiqrasiyaya sövq edilməsi, bu ərazilərə qanunsuz köçürülmənin bu gün də davam etməsi, ərazilərdə kolonial məhkəmə sistemlərinin tətbiq edilməsi və s. faktlar öz əksini tapmışdır.
Tədbir iştirakçıları E.Makrondan Fransız hökumətinin bu qanunsuzluqlarını dayandırmasını tələb etmiş, ərazilərdə mədəni və dini irsin vəziyyətinə dair məruzənin hazırlanması üçün YUNESKO missiyasının həmin ərazilərə göndərilməsinin əhəmiyyətini vurğulamış, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əhalilərin hüquqlarına dair vəziyyətinin öyrənilməsi missiyasının koloniyalara göndərilməsi üçün ATƏT-ə müraciət edilməsinə çağırış edilmişdir.
Eyni zamanda tədbirin sonunda elan edilmişdir ki, Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq materik Fransaya daşınan 100 mindən artıq maddi və mədəni sərvətlərin geri qaytarılması üçün petisiyaya start verilmişdir. Bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək.
Xatırladaq ki, bu artıq Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi 7-ci beynəlxalq konfransdır.
6 iyul 2023-cü il “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru”, Bakı
22 sentyabr 2023-cü il “Müstəmləkəçiliyə son qoyulması: Sakit inqilab”, Nyu York, BMTnin qərargahı
20 oktyabr 2023-cü il, “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik”, Bakı
21 noyabr 2023-cü il, "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı", Bakı
14 dekabr 2023-cü il, “Neokolonializm: İnsan Hüquqları, Sülh və Təhlükəsizlik”, Cenevrə, BMT-nin qərargahı
22 dekabr 2023-cü il, “Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər”, Bakı.
Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında yaşayan xalqlarla həmrəyliyini ifadə edir və onların azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə hər zaman dəstək verəcəyini bəyan edir.
15:15
İstanbulda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans keçirilir.
“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbirin açılışında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxış edərək deyib ki, ötən ilin son dörd ayı ərzində bu qurum tərəfindən beş beynəlxalq konfrans keçirilib.
Bildirilib ki, bu tədbirlərin əsas məqsədi müstəmləkəçilikdən zərər çəkən bölgələrdə yaşayanların səslərini dünya ictimaiyyətinə çatdırmaqdır. Bakı Təşəbbüs Qrupu buna nail olub və müstəmləkə zülmündən əziyyət çəkən insanlar yaradılan platformalar vasitəsilə etirazlarını beynəlxalq aləmə çatdırırlar. Nəticədə dünya ictimaiyyəti bu regionlarda baş verənlərdən, fransız müstəmləkəçilik siyasətinin ağır fəsadlarından xəbərdar olur.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Dekolonizasiya üzrə Xüsusi komitəsinin müstəqil eksperti Carlyle G.Corbin bildirib ki, Fransa müstəmləkəçilik siyasətini aktiv şəkildə 1960-cı illərə qədər davam etdirib, dekolonizasiya prosesi müstəmləkələrə, tam müstəqillik və suverenliyin verilməsini, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmət və anlaşmanı təşviq etdiyinə görə, Fransa bu prosesin aktivləşməsini istəmir. Odur ki, proses 1990-cı illərə qədər aktiv şəkildə davam etsə də, 90-cı illərin sonlarına doğru səngiyib.
Ekspert bu prosesi yenidən aktivləşdirdiyi üçün Azərbaycana və bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupuna təşəkkürünü ifadə edib: “Müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dünyanın müxtəlif bölgələrində davam edib. Hazırda dünyada hələ də bu təzyiqlərə məruz qalan ölkələr var. Müəyyən mərhələlərdə bəzi toplumlarda müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində hərəkatlar baş qaldırsa da, bu ölkələr azadlıqdan çox uzaqda qalıblar. Hazırda dünya üzrə BMT prinsiplərindən kənarda qalan 17 kolonizə edilmiş ada var və Azərbaycan tərəfindən təşkil edilən bu kimi tədbirlər buralarda yaşayan insanlar üçün olduqca vacibdir”.
Tədbirdə Bakı Təşəbbüs Qrupunun gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub.
Beynəlxalq tədbir Fransa hökuməti tərəfindən yaradılan süni hüquqi maneələr, intibah dövrünün dekolonizasiyası, etnik və mədəni ayrı-seçkilik, siyasi qeyri-sabitlik və münaqişələr, repressiya/əsassız həbslər, sosial və iqtisadi problemlər, müstəqil medianın təqibi, təhlükəsizlik problemləri (insan, sağlamlıq, ətraf mühit, kibertəhlükəsizlik), miqrasiya və emiqrasiya, əcnəbilər, təhlükəsizlik və müdafiə (hərbi) məsələləri, milli resurs və mülkiyyət, beynəlxalq tanınma (insan hüquqları və ədalət), vətəndaşlıq məsələləri və milliyyət, qanunvericilik və qaydalar mövzulu panel iclaslarla davam etdirilir.
Ardınca acıq müzakirələr və sual-cavab sessiyası olacaq. Bundan sonra Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov yekun nitqlə çıxış edəcək.
Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.
Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.
Bakı Təşəbbüs Qrupu hazırda İstanbulda keçirilən beynəlxalq konfrans da daxil indiyədək dünyada 6 belə konfrans təşkil edib.
12:30
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə fevralın 24-də İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans başlayıb.
"Report"un Türkiyə bürosunun məlumatına görə, əsas məqsəd müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.
Beynəlxalq tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndə iştirak edir.
Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı Fransanın müstəmləkələri olan dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, digər bütün maraqlı tərəflər rəsmi Parisin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair faktlarla İstanbuldan bütün dünyaya səslənəcəklər.
Panellərdə Fransa hökuməti tərəfindən yaradılan süni hüquqi maneələr, o cümlədən, sərhəd, təhlükəsizlik və müdafiə məsələləri, milli resurs və mülkiyyət, beynəlxalq tanınma (insan hüquqları və ədalət), vətəndaşlıq, milliyyət, qanunvericilik və qaydalar, həmçinin iqtisadi islahatlar müzakirə ediləcək.
Ardınca açıq müzakirələr və sual-cavab sessiyası olacaq. Bundan sonra Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov yekun nitqlə çıxış edəcək.
Fevralın 25-də keçiriləcək panel etnik və mədəni ayrı-seçkiliyə həsr olunacaq. Paneldə siyasi qeyri-sabitlik və münaqişələr, repressiya/əsassız həbslər, siyasi tarix, sosial və iqtisadi problemlər, müstəqil medianın təqibi, təhlükəsizlik problemləri (insan, sağlamlıq, ətraf mühit, kiber təhlükəsizlik), immiqrasiya və emiqrasiya, əcnəbilər mövzularına toxunulacaq.
Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.
Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.
Bakı Təşəbbüs Qrupu indiyədək dünyada 6 belə konfrans təşkil edib.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması BMT Baş katibi və qurumun rəsmilərinə məktublar ünvanlayıb
- İcma sədri: "Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir"
- BMT: "Azərbaycanda inflyasiya azalacaq"
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB