24 
Mar
2024
16:14
78
14
709
Virtual karabakh

Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin konqresi keçirilib

24 Mar, 2024
16:14
709

Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin konqresi keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 23-də Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) 42-ci konqresi keçirilib.

Oxu.Az xəbər verir ki, konqresdə digər məsələlərlə yanaşı Azərbaycan Respublikasının Yeni Kaledoniya xalqına fransız müstəmləkəçiliyinə qarşı ədalətli mübarizəsində göstərdiyi dəstəyi vurğulanıb.

Fransanın məşhur “Franceinfo” media resursu bununla bağlı məqalə dərc edib.

Tədbirdə FLNKS-ın tərkibində yer alan bütün siyasi qüvvələrinin nümayəndələri iştirak ediblər.

Əsas müzakirə mövzusu Fransa hökumətinin Yeni Kaledoniyaya məqsədli şəkildə köçürdüyü fransızlara Yeni Kaledoniyada seçkilərdə iştirak edə bilməsini nəzərdə tutan konstitusiya dəyişikliyinin qarşısının alınması strategiyası olub.

Bu xüsusda, FLNKS tərəfindən Fransa hökumətinə göndərilən mesaj çox aydındır: FLNKS rəhbərləri zorla keçirilməsi cəhd edilən dəyişikliyi uğursuzluğa düçar edəcəklər. FLNKS bu işdə həm regional, həm də beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin dəstəyinin əhəmiyyətli olduğunu vurğulayıblar.  

Fransa hökumətinin konstitusiya dəyişikliyi layihəsi martın 26-da açıq iclasda senatorlar tərəfindən müzakirə edilməlidir. Qanun layihəsinə dəyişiklik etmək üçün artıq 25 düzəliş müzakirəyə çıxarılıb. Düzəlişlərin doqquzu müstəqil Yeni Kaledoniyalı senator Robert Xovie və onun təmsil etdiyi qrup Kommunist respublikaçı vətəndaş və ətraf mühitçi - Kanaky tərəfindən təqdim edilib. R.Xowie hətta mətnin müzakirəsinin qarşısını almaq üçün təşəbbüs irəli sürüb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri