Almaniyalı aktrisa, teleaparıcı və sabiq supermodel Heydi Klum özünütəcrid rejimində vaxtını necə keçirdiyini pərəstişkarlarına nümayiş etdirib. Bununla bağlı foto onun “Instagram” hesabında paylaşılıb.
Fotoda sabiq modelin cazibədar görünüşündən əlavə, stilist Lorenzo Martinin geyimi də diqqət çəkib.
Belə ki, bərbər maska, əlcək və eynəkdən ibarət qara müdafiə geyimindən savayı, qarnına çətirə bənzər konstruksiya da bərkidib.
“Əzizim, biz bunu etməyin yolunu tapdıq! Sosial məsafə rejimində sarışınlaşmaq”, - deyə H.Klum yazıb.
View this post on InstagramDahhling we found a way !😷😷 Social distancing highlights. Love you @hairbylorenzomartin ❤️
Pərəstişkarları məşhur aktrisanın bu fotosunu çox bəyəniblər.
Onlar paylaşımın altından “Özünə əmin qadın”, “Hər zamankı kimi çox cazibədarsan, biz səni sevirik”, “Möhtəşəmdir”, “Ecazkar qadın” kimi şərhlər paylaşıblar.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
- Almaniyada vağzallarda alkoqol qadağasını pozan beş minə yaxın şəxs aşkarlanıb
- Almaniya kəşfiyyatı yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsula əl atdı
- Hitlerin "Qartal yuvası"nı yandıran şəxs tutuldu - Foto
- Almaniyada 80 yaşlı şəxsin hüceyrələri 60 il cavanlaşdırıldı
Digər xəbərlər