Bir neçə vaxtdır ABŞ-da yaşayan müğənni İlhamə Qasımova “Xəzər maqazin”ə açıqlama verib.
Oxu.Az xəbər verir ki, ifaçı orada amerikalılar kimi yaşadığını, pulu qənaətlə xərclədiyini və heç bir yerdə çalışmadığını söyləyib.
O bildirib ki, ABŞ-a gələcək planını həyata keçirmək üçün yollanıb.
Müğənni orada tək yaşadığını qeyd edib. Həyat yoldaşından ayrılıb-ayrılmadığı barədə dəqiq bir söz deməyib: “Övladım olmasını həmişə istəmişəm. Amma mən “Məryəm” deyiləm. Buraya tək gəlmişəm. Xoşbəxt olmaq istəyirəm”.
A.S.
www.oxu.az