Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-də təyyarə qəzasında məşhur qrupun üzvü öldü
ABŞ-nin Kaliforniya ştatında "Cessna 550" təyyarəsinin qəzaya uğraması nəticəsində "The Devil Wears Prada" qrupunun keçmiş barabançısı Deniel Uilyams vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Billboard" nəşri məlumat verib.
"Sound Talent Group"un üç nümayəndəsi də daxil olmaqla, təyyarə qəzası nəticəsində ölənlərin sayının altıya çatdığı bildirilir.
Məlumata görə, təyyarəni musiqi agenti Deyv Şapiro idarə edib. Onun öldüyü bildirilir. Uçuşdan əvvəl Uilyams sosial şəbəkədə Şapiro ilə kabinədə əyləşərkən çəkilmiş şəklini paylaşıb.
Xatırladaq ki, "Cessna 550" mayın 22-də Kaliforniyada yaşayış massivinə düşərək, qəzaya uğrayıb. Hadisə yerində aviasiya yanacağı tökülüb və yanğın baş verib. 15-ə yaxın ev yanıb, 100-ə yaxın sakin təxliyə edilməli olub.
"ABŞ-də təyyarə qəzası" teqi üzrə xəbərlər
- ABŞ-də içərisində sərnişinlər olan təyyarə qəzaya uğradı
- ABŞ-də sərnişin təyyarəsi ilə hərbi təyyarə səmada toqquşma təhlükəsi ilə üzləşib
- Alyaskada gölə düşən təyyarədən möcüzəli xilas: Qanadda 12 saat həyat mübarizəsi
- Arizonada havada iki təyyarə toqquşub: Ölənlər var
- ABŞ-də helikopter uçuşlarına məhdudiyyətlər tətbiq edilir