Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Afət Fərmanqızı: “Vasif əsl kişidir” - AÇIQLAMA + FOTO
Xəbər verdiyimiz kimi, Əməkdar artist Vasif Məhərrəmli verilişlərin birində ilk həyat yoldaşını və bətnindəki övladını xatırlayaraq efirdə ağlayıb.
Sözügedən hadisədən sonra sosial şəbəkələrdə Məhərrəmli haqqında xoşagəlməz şərhlər yazılıb. Paylaşımın altına şərh yazan sosial şəbəkə istifadəçiləri Vasif Məhərrəmlinin ilk həyat yoldaşını döyərək öldürdüyünü iddia ediblər və “Arvadını döyüb öldürən elə bil bu deyildi. Həyətdə güclə alırdılar əlindən”, “Deyilənə görə, özləri döyüblər, ölüb, qonşuları danışırdı, həyətdə hamı görüb”, “Özləri döyüb hamilə-hamilə, çoxlu qan itirdiyindən ölüb” və s. kimi şərhlər yazıblar.
Mövzu ilə bağlı saytlar müğənni ilə əlaqə saxlamağa çalışsa da, o, nə bizim, nə də digər həmkarlarımızın zənginə cavab verib.
Bu səbəbdən Vasif Məhərrəmlini uzun illərdir tanıyan və yaxın dostu olan müğənni Afət Fərmanqızı Oxu.Az-a açıqlama verib.
Afət Vasifi 20 ildir tanıdığını və onun əsl Azərbaycan kişisi olduğunu vurğulayıb:
“Məclislərin birində Vasif rəhmətə gedən həyat yoldaşı ilə birlikdə gəlmişdi. Məclisdə deyib gülə-gülə, şən ailə kimi iştirak etməkləri gözümün önünə gəlir. Elə həmin məclisdən bir neçə ay sonra eşitdim ki, həyat yoldaşı rəhmətə gedib. Allahın qisməti.
Mən inanmıram ki, kimsə həqiqətən Vasif Məhərrəmli haqqında o cür yazı yazsın. O yazanlar sifarişlə yazır. Mənbəyini mən təxmin edirəm. Diqqət etsək görərik ki, Vasif indiyə kimi belə xəbərlərlə gündəmə gəlmirdi. Son iki aydır ona qarşı xəbərlər yayırlar. Mən səbəbini yaxşı bilirəm.
Mən o vaxtlar kasıb, fağır, rayondan təzə gələn, tez aldanmağa meyilli biri idim. Çox sevinirəm ki, mənim qarşıma Vasif Məhərrəmli kimi biri çıxdı və mən o ansambl ilə əməkdaşlıq etdim. O, ilk dəfə “Bakılı qız” mahnısı ilə məşhurlaşanda mən onun ansamblında çıxış edirdim.
Bəzən sənətə təzə gələn qızların əlacı olmadığı üçün, populyar deyil deyə, baha qiymətə toylara dəvət olunmadığı üçün kişi müğənnidən asılı olur. Həmin kişi müğənnilər yeni başlayan müğənni qızlara başqa niyyətlə yanaşır, sevgi münasibətində olmağı təklif edir. Mən bunu qorxmadan, çəkinmədən deyirəm. Nə qədər də belə adam tanıyıram. Vasif Məhərrəmli isə elə insanlardan fərqli olaraq mənə layiq olmadığım qədər çox qonorar verirdi və məni yüksəldirdi. Heç bir pis niyyət güdmədən. Mən də özümə görə gözəl-göyçək xanım idim. Ətrafda baş verənləri də görürdük, kim kimin qız oxuyanıdır, kim kimə hansı gözlə baxdı və s.
Mənim bugünkü gün sözü üzə deməyim, alnıaçıqlığımın səbəbi Vasif Məhərrəmlidir”.
Dilşad Bəhruzqızı
"Vasif Məhərrəmli" teqi üzrə xəbərlər
- Vasif Məhərrəmli kişilikdən DANIŞDI: "Etiraf edirəm ki, yolumu azdım"
- Vasif Məhərrəmli psixoloq qəbuluna verdiyi qonorardan ŞİKAYƏTÇİDİR
- Vasif Məhərrəmli: “Məni ittiham edənlər başlarından böyük qələt edirlər…” - VİDEO
- Elza Vasifin paxırını açdı: “Onu az pula toya çağırdım, gəlmədi” - VİDEO
- Müğənniləri şantaj edən Maqsud Mahmudov yenidən hakim qarşısına çıxarılır
Rəylər