Məşhur aktrisa Kate Bosworth Havay adalarında istirahət edərkən görüntülənib.
Oxu.Az xəbər verir ki, o, həyat yoldaşı Michael Polish ilə birlikdə okean sahilində gəzişib.
2002-ci ildə “Blue Crush” adlı filmdə yaratdığı obrazla şöhrətə qovuşan Hollivud ulduzu hədsiz arıq olması ilə diqqət çəkib.
Xarici mətbuatda aktrisanın anoreksiya olmağı ilə bağlı yazılar öz əksini tapıb. Aktrisa hələ ki, bu barədə heç bir açıqlama verməyib.
Anoreksiya – kökəlmədən əsassız qorxu hissi eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur.